Zaur özünə şirniyyat yeri açır

 Zaur özünə şirniyyat yeri açır

Aparıcı Zaur Baxşəliyev özünün şirniyyat yeri açacaq.

Yenisabah.az xəbər verir ki, aparıcı, bunun uşaqlıq arzusu olduğunu və hazırlıqlara başladığını dilə gətirib:

“Şirniyyat hazırlamağın həvəskarıyam. Mən demişəm, bu yaxınlarda bir dənə şirniyyat yerimizi açacağıq. Bu mənim uşaqlıq arzumdur. Bunun üçün artıq hazırlıqlarımız gedir. Şəxsən öz əllərimlə bişirdiklərim qonaqlara təqdim olunacaq. Mən istəmirəm ora çox adam gəlsin, çünki balaca bir yer olacaq. İdeyalarım başqadır, hamısını açıqlamaq istəmirəm”.

Qeyd edək ki, Zaur son zamanlarda instaqram hesabında şirniyyat hazırladığı paylaşımları ilə diqqət çəkir.

15:15 - 11 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin