"F-16" qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”.
H.Fidan, həmçinin söyləyib ki, F-35 qırıcıları ilə də bağlı proses davam edir.