"Google” şirkətinin keçmiş proqram mühəndisi Dinq Linvey, “Google”un süni intellektinə dair ticarət sirlərini oğurlamaqda günahlandırılıb.
Asayis.Az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, keçmiş proqram mühəndisi olan Dinq Linvey, “Google”un süni intellekt texnologiyası ilə bağlı "ticarət sirlərini" oğurlamaqda dörd ayrı ittihamla günahlandırılıb.
Çin vətəndaşı Dinqin “Google” işçisi olduğu müddətdə Çində fəaliyyət göstərən şirkətlərlə “gizli” işlədiyi və bu proses zamanı “Google” ilə bağlı həssas məlumatları şəxsi hesabına köçürdüyü bildirilib.
Qeyd edək ki, iddialar sübuta yetirilərsə, keçmiş mühəndisə ittihamların hər biri üçün 10 ilə qədər həbs cəzası verilə bilər.