Putin: “Rusiya birbaşa Allah tərəfindən idarə olunur” - VİDEO

 Putin: “Rusiya birbaşa Allah tərəfindən idarə olunur” - VİDEO
"Tanınmış alman əsilli dövlət xadimi Marşal Minix deyirdi ki, “Rusiya bilavasitə Allah tərəfindən idarə olunan bir ölkədir. Çünki bu belə deyilsə, o zaman ölkənin necə mövcud olması sual doğurur””.

Asayis.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının iştirakçıları ilə görüşündə deyib.

“Mən sitatın ilk hissəsi ilə razıyam. Rusiya həqiqətən də birbaşa Allah tərəfindən idarə olunur. Lakin ölkənin mövcudluğuna gəlincə, hazırda olduğum vəzifədəki təcrübələrimə əsaslanaraq, deyə bilərəm ki, Rusiya rusların səyləri və Vətən sevgisi sayəsində mövcuddur”, - deyə Putin vurğulayıb.
 

 

11:30 - 9 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin