İspaniya Prokurorluğu "Real Madrid"in baş məşqçisi Karlo Ançelottiyə vergidən yayınma ittihamı ilə 4 il 9 ay həbs cəzası istəyib.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
Ançelotti 2014-2015-ci illər arasında Madrid "Real"ının baş məşqçisi olduğu ilk müddətdə xəzinədarlığı 1 milyon avrodan çox aldatmaqda ittiham olunur.
Belə ki, Ançelottinin vergi bəyannaməsinə yalnız onun Madrid meneceri kimi işindən əldə etdiyi mükafat daxildir, imic hüquqlarından əldə olunan gəlir yox.
Məbləğlər isə 2014-cü ildə 386 361 və 2015-ci ildə isə 675 718 avro olaraq qeyd olunur.
Prokurorluq italyan məşqçinin vergidən yayınması səbəbi ilə istintaqa başlayıb. Müxtəxəssisin 4 il 9 ay həbsi cəzası tələb edilir.
Həmçinin bildirilib ki, İspaniyada daha əvvəl vergidən yayınma ittihamı ilə Lionel Messi və Neymar kimi dünyaca məşhur şəxslərə qarşı istintaq başladılıb.