Türk yutuber Bakıda icarəyə maşın götürdü, yolun ortasında qoyub qaçdı

 Türk yutuber Bakıda icarəyə maşın götürdü, yolun ortasında qoyub qaçdı

Sosial platformalarda yutuber Deniz Aksoy adı ilə tanınan Türkiyə vətəndaşı Deniz Hocaoğlu bir neçə gün öncə Bakıda "Ford Mustang” markalı avtomobil icarələyib. Şirkət də sifarişi çatdırılma xidməti ilə Aksoyun qaldığı otelə təhvil verib.

Asayis.Az patrul.az-a istinadən xəbər verir ki, sözügedən şəxs maşını istifadə etdikdən sonra "yanacağım bitdi” bəhanəsilə zədələdiyi avtomobili təhvil vermədən, elə yolun ortasındaca buraxaraq qaçıb.

Şirkət maşını tərk edildiyi yoldan götürdükdə məlum olub ki, avtomobillə qəza törədib, avtomobilə çoxlu cərimələr yazılıb.

Şirkətin nümayəndəsi türk vətəndaşı ilə əlaqə saxlayaraq dəymiş ziyanın ödənilməsini tələb etdikdə, əvvəlcə "mən ödəyərəm” deyib, ardınca isə "işim var, azəri xanımla əylənirəm, sonra gələcəyəm” kimi nalayiq ifadələr işlədib. 

Bir neçə gün öncə Azərbaycanı tərk edən Aksoyun törətdiyi əməllə bağlı dərhal polisə məlumat verilib.

 

10:00 - 4 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin