Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz Əhmədova onun haqqında danışıb.
Lent.az-ın xəbərinə görə, qadın Rəhman Rəhmanovun onlara baxmadığını, xəyanət etdiyini söyləyib.
“Xəstə idim, evdə dörd uşaq ac, Rəhman isə evə gəlmirdi, bir gün onu qovdum. Mənə xəbər çatmışdı ki, Rəhman başqa qadının yanına gedir. O gedən getdi, bir də evə qayıtmadı. Amma mən onunla da, o xanımla da münasibətləri yaxşı saxlamağa çalışırdım, çünki ortada uşaqlar var idi. Rəhmanın üstündə o qadının hökmü var idi”, - deyən Ulduz xanım böyük oğlunun uşaqkən ölməsindən də danışıb.
“Oğlum Rəhmangilə getdi. Orada yıxıldı, çınqıl şah damarını kəsmişdi, uşaq öldü. İki oğlumu da sonralar itirdim, indi bir qızımız qalıb, o da atası ilə beş ildir küsülüdür”, - deyə o bildirib.
Qeyd edək ki, Ulduz Əhmədova müğənni oğlu Emil ölərkən ona bu barədə xəbər verilməməsini, Emillə onun arasını Rəhman Rəhmanovun vurduğunu deyib.