Rusiya hökuməti 6 ay müddətinə benzin ixracına qadağa qoyub.
Asayis.Az xəbər verir ki, bu barədə Rusiya hökumətindən yazılı açıqlama verilib.
Açıqlamada, ölkənin yanacaq bazarında sabitliyin qorunub saxlanılması üçün tədbirlərin görüldüyü bildirilib.
Bu çərçivədə 1 mart tarixindən etibarən benzin ixracının 6 ay müddətinə qadağan edildiyi, hökumətlərarası razılaşmalarla daşımaların həyata keçirildiyi vurğulanıb.
Baş nazirin müavini Aleksandr Novak isə, benzin ixracına qoyulan qadağanın nəzərdə tutulduğundan daha tez aradan qaldırıla biləcəyini açıqlayıb.