Çində süni intellekt ilə hazırlanan ilk cizgi filmi yayımlandı

 Çində süni intellekt ilə hazırlanan ilk cizgi filmi yayımlandı

Çində süni intellektin köməyi ilə hazırlanan ilk cizgi filmi izləyicilərə təqdim olunub.

Asayis.Az 
xəbər verir ki, bu barədə Şanxay Süni İntellekt Laboratoriyası (SAIL) məlumat yayıb.

Bildirilib ki, “Qianqiu Shisong" adlı cizgi filmi “China Media Group” (CMG) və Şanxay Süni İntellekt Laboratoriyasının (SAIL) əməkdaşlığı ilə istehsal olunub.

26 seriyalı cizgi filminin ilk bölümü artıq izləyicilərə təqdim edilib. 

Qeyd edək ki, cizgi filminin dizayn, animasiya və post-produksiya proseslərinə qədər bütün detalları süni intellektlə hazırlanıb.
 

12:30 - 29 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin