Bir müddət əvvəl boşanma xəbəri ilə gündəmə gələn müğənni Elçin Cəfərov paylaşımı ilə diqqət çəkib.
Axşam.az-ın məlumatına görə, sənətçi yeni fotosunu yayımlayaraq, bunları yazıb:
"Hər nə olursa olsun, hər zaman Allahıma şükr edirəm. Çünki odur bizi həqiqi sevən".
Qeyd edək ki, Elçinin fevralın 14-də həyat yoldaşı Aydanla rəsmi boşandığı bildirilib. Aydan Xalq şairi Sabir Rüstəmxanlının qızıdır. Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan bir oğlan övladları var.