Antarktika materikində ilk dəfə quş qripi aşkar edildi

 Antarktika materikində ilk dəfə quş qripi aşkar edildi

Alimlər Antarktida materikində ilk dəfə olaraq quş qripinin aşkar edildiyini açıqlayıblar.

Asayis.Az
 xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Bildirilib ki, Argentinanın Antarktika elmi-tədqiqat stansiyası “Primavera Base”nin alimləri məsələ ilə bağlı araşdırma aparıb.

Alimlər araşdırma çərçivəsində, bölgədə tapılan iki ölü quş üzərində tədqiqat aparıblar. 

Tədqiqat zamanı quş qripinin (H5N1) müşahidə edildiyinə diqqət çəkərək, bunların Antarktika materikində bir ilk olduğunu qeyd ediblər. 

13:15 - 28 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin