Qadın əyalətə baş nazir seçildi - Pakistanda ilk

 Qadın əyalətə baş nazir seçildi - Pakistanda ilk

Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin qızı Məryəm Nəvaz Pəncab əyalətinin ilk qadın baş naziri seçilib.

Asayis.Az
 xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Pakistanın sabiq Baş naziri Məhəmməd Nəvaz Şərifin qızı əyalətin qanunvericilik məclisinin 327 deputatından 220-nin səsini alıb. 

Onun rəqibi olan Vahid Sünni Şurası partiyasının təmsilçisi Rəna Aftab Əhməd Xanın namizədliyini isə yalnız 103 deputat dəstəkləyib.

Beləliklə, Məryəm Nəvaz Şərif Pakistan tarixində ilk qadın Baş nazir olub.

13:00 - 28 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin