Kanadanın qərb sahilində yerləşən böyük şəhərlərdən Vankuverdə təhsil alan bir universitet tələbəsi şəhərdə kirayə haqları kəskin artdığı üçün fərqli üsula əl atıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Tim Çen adlı tələbə ailəsinin yaşadığı 430 kilometr uzaqlıqdakı Kalqariyə köçməyə qərar verib.
Kirayə evlərin qiymətinin sürətlə artdığı Vankuverdə evinin kirayəsi 2500 dollara qalxan Tim Çen universitet şəhərciyinə yaxın evin kirayəsini ödəyə bilmədiyi üçün bu qərarı verdiyini deyib.
O bildirib ki, Kalqaridən Vankuverə uçuş təxminən 1 saat 40 dəqiqə çəkir:
“Mən hər gün məktəbə getmirəm, həftədə cəmi iki dərsdə davamiyyət məcburidir. Bu dərslərdən sonra avtobusa minib hava limanına yollanıram və oradan da təyyarə ilə evə gedirəm”.
O bildirib ki, hər dəfə uçuş üçün təxminən 110 dollar ödədiyir.