"Barselona"nın əfsanəvi braziliyalı futbolçusu Dani Alveş 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Asayis.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 2022-ci il dekabrın 31-də gecə klubunda qadına təcavüz etməkdə günahlandırılan futbolçu 1 ilə yaxın idi ki, həbsdə idi.
Son keçirilən məhkəmənin qərarına əsasən, məşhur oyunçu 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Sevilya”, “Barselona”, “Yuventus”, “PSJ”kimi böyük klublarda çıxış edən Dani Alveş Braziliya Milli Komandasında da 100-dən çox oyunda iştirak edib.