Fəlakət İstanbulda Karaca ilə görüşdü - “Partladırıq” - VİDEO

 Fəlakət İstanbulda Karaca ilə görüşdü - “Partladırıq” - VİDEO
Türkiyəli müğənni Adil Karaca azərbaycanlı aktyor Elşən Orucovla bir araya gəlib.

Asayis.Az xəbər verir ki, İstanbulda lüks məkanların birində şam yeməyi yeyən sənətçilər görüntüləri sosial şəbəkə hesablarında bölüşüblər.

Müğənni aktyora “Qardaşım, xoş gəlmisən. Artıq Türkiyə seriallarında “partladırıq”, - deyə iltifatlar yağdırıb.

Qeyd edək ki, “Fəlakət” obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov türkiyəli aktyor Ozan Akbabanın “Çırak” serialında çəkiləcək.

Aktyor bundan əvvəl “Ben bu cihana sığmazam” serialında çəkilib. 
 

 

11:15 - 23 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin