Asayis.Az xəbər verir ki, bu barədə erməni KİV ölkənin Kadastr Komitəsinə istinadən məlumat yayıb.
Statistikaya görə, ötən il Türkiyə vətəndaşları İrəvandan üç mənzil alıblar. 2022-ci ildə isə bu göstərici 11 olub.
Azərbaycan vətəndaşlarına gəldikdə isə ötən il Ermənistanda daşınmaz əmlak alan olmasa da, 2022-ci ildə iki azərbaycanlı orada mənzil sahibi olub. Məlumatda həmçinin sahib olduqları əmlakları satanların da statistikası dərc edilib.
Belə ki, 2023-cü ildə türkiyəlilər İrəvanda çoxmənzilli yaşayış binasında iki ev və Ararat rayonunda bir torpaq sahəsi satıblar.
Azərbaycanlılar isə bir mənzil satıblar.
Kadastr Komitəsinin məlumatına görə, Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar.
Ətraflı Baku TV-nin süjetində: