Avstraliya donanmasını gücləndirir

 Avstraliya donanmasını gücləndirir

Avstraliya donanmasını gücləndirmək üçün əlavə 7 milyard dollar büdcə ayıracağını açıqlayıb. 

Asayis.Az
 xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən açıqlama verilib.

Açıqlamada, donanma üçün yenilənmiş hava hücumundan müdafiə və hücum imkanlarına malik 26 yerüstü döyüş gəmisinin alınacağı qeyd edilib.

Həmçinin yeniliklərin dəniz nəqliyyatı şəbəkəsinin və ticarət təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olduğu vurğulanıb.

Qeyd edək ki, donanmanın İkinci Dünya Müharibəsindən bəri ilk dəfə bu qədər güclü olacağı bildirilib.
 

10:45 - 21 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin