Müğənni Sevda Yahyayeva qızı üçün böyük məclis edəcək.
Axşam.az-ın məlumatına görə, tədbir fevralın 21-də şəhər restoranlarından birində keçiriləcək. İfaçı həmin gün övladı Aylanın ad gününü yaxınları, sənət dostları ilə birlikdə qeyd edəcək.
Xatırladaq ki, Sevda bir müddət əvvəl ikinci dəfə ana olub. Zakir Bayramov adlı şəxslə ailəli olan sənətçinin iki qız övladı var.