Avropa İttifaqı (Aİ) Komissiyası “TikTok” sosial media platforması ilə bağlı rəsmi araşdırmaya başlayıb.
Asayis.Az xəbər verir ki, bu barədə Komissiyadan açıqlama verilib.
Araşdırmada, uşaqların müdafiəsi, şəffaf reklam, tədqiqatçılar üçün məlumatların əldə edilməsi, platformanın asılılıq yaradan dizaynı və zərərli məzmun riskləri ilə bağlı qaydaları pozub-pozmadığı qiymətləndiriləcək.
Qeyd edək ki, “TikTok”un yetkinlik yaşına çatmayanlara tətbiq etdiyi yaş yoxlama sisteminin "kafi olmadığı" bildirilir.