Rusiyada “Lenfilm” kinostudiyasının direktoru axtarışa verilib

 Rusiyada “Lenfilm” kinostudiyasının direktoru axtarışa verilib

Rusiyada “Lenfilm” kinostudiyasının direktoru Fyodor Şerbakov axtarışa verilib.

Asayis.Az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında məlumat yerləşdirilib.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır. Məlumatda onun hansı maddə ilə axtarışa verildiyi göstərilməyib.
Fyodor Şerbakov 2020-ci ilin sentyabrından kinostudiyaya rəhbərlik edir. O, həmçinin 1MI federal media holdinqinin yaradıcısı və sahibidir.

2023-cü ilin noyabrında Ura.ru öz mənbələrinə istinadən xəbər vermişdi ki, Fyodor Şerbakov Rusiyanı tərk edib, ehtimal ki, Türkiyəyə gedib.

İddialara görə, o, “Rostex”-in top meneceri Vasili Brovkodan pul tələb etdiyinə görə həbs oluna bilərdi. Fevral ayında bu iş çərçivəsində Moskvanın Xamovniçeski Rayon Məhkəməsi “Kreml Mamkoved” Telegram kanalının inzibatçısı Stanislav Sadovu iki il yarım müddətinə azadlıqdan məhrum edib.

10:00 - 20 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin