Trampın satışa çıxardığı idman ayaqqabıları ilk gündə satıldı - VİDEO

 Trampın satışa çıxardığı idman ayaqqabıları ilk gündə satıldı - VİDEO
ABŞ-nin keçmiş prezidenti Donald Tramp tərəfindən fevralın 18-də satışa çıxarılan məhdud sayda olan qızılı idman ayaqqabılarının hamısı həmin gün satılıb.

Bu barədə xüsusi yaradılmış “gettrumpsneakers.com” portalında deyilir.

Hər birinin özünəməxsus nömrəsi olan “Never Surrender” idman ayaqqabıları min cüt tirajla buraxılıb və onlardan 10 ədədində Trampın avtoqrafı olub.

Onların bir cütü 399 dollara (678,3 manat - red.) satılıb və bir müştəriyə üç cütdən çox olmamaq şərti ilə satılmasına icazə verilib.
 

 

11:00 - 19 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin