Sevgilisindən məşhur aktyora külli miqdarda dələduzluq - FOTO

 Sevgilisindən məşhur aktyora külli miqdarda dələduzluq - FOTO

Türkiyəli aktyor Əli Sürməliyə iki illik sevgilisi dələduzluq edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor hazırda Kader adlı xanımdan şikayətçi olduğunu deyib. O, oğurlanan instaqram hesabında barəsində yayılan "vergisini ödəmir", "narkotik maddə istifadə edir" kimi iddiaların da həmin şəxs tərəfindən paylaşıldığını söyləyib:

"Ortaq hesabımız var idi, kassa almışdıq. Orada bütün işlərimdən əldə etdiyim pullar vardı. Kassanın açarı da onda idi. Hər şeylə o maraqlanırdı. Kassanı boşaltdı, mən də küsdüm. Bir müddət sonra barışdıq. İndiyə kimi əldə etdiyim mal varlığımı geri qazanmaq üçün barışmış kimi etdim. Aktyor olduğum üçün həyat bəzən aktyorlara kömək edir. Kassanın açarlarını ondan aldım. Sonra sosial şəbəkə hesabımdan o paylaşımlar edildi.

Məyus olduğum məqam isə ətrafımdakı insanları, oğlumu, menecerimi, dostlarımı günahlandırmasıdır. Psixologiyam ilə də oynamaq istədi, amma mən icazə vermədim. Keçirdiyim beyin əməliyyatından sonra müayinəm var idi. Travma keçirdiyimi deyib, məni həkimə apardı. Həkim də mənə sakitləşdirici verdi. Onlar da məni çox sakitləşdirdi. Bu böhtanlar, təhqirlər mənim imtahanımdır. Amma yaxşılıq gözəldir. Yaxşı tərəfimi qoruyacağam. Bir qadın əsəbiləşəndə nələr edə bilir onu gördüm".

 

12:30 - 17 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin