Leyla Əliyeva babası ilə bağlı paylaşım edib

 Leyla Əliyeva babası ilə bağlı paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva babası Arif Paşayevi 90 illik yubileyi ilə bağlı təbrik edib.

Leyla Əliyeva babası, bacısı Arzu Əliyeva, xalası Nərgiz Paşayevanın qızları Ülviyyə Rəhmanova və Aida Mahmudovanın da yer aldığı fotonu “Instagram” hesabında paylaşaraq bu sözləri yazıb:

“Sevimli babamızı doğum günü münasibəti ilə təbrik edirəm! Sən yaxşıların yaxşısısan! Biz səni çox sevirik! Allah bütün böyüklərimizə can sağlığı və uzun ömür nəsib etsin”.

Qeyd edək ki, akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur.

11:15 - 16 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin