Məşhur aktrisa Keyt Uinslet illər sonra "Titanik" filmi ilə bağlı etiraf edib.
Asayis.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı ulduz "Poter" jurnalına verdiyi açıqlamada "Titanik"də qazandığı şöhrətin onun həyatını məhv etdiyini bildirib:
"Jurnalistlər hər zaman ""Titanik" filmindən sonra hər şey edə bilərdiniz, amma yenə də kiçik işlərlə məşğul olmağı seçdiniz" deməsi məni mənəvi olaraq çökdürürdü.
Mən isə bu suala cavabımda "Bəli, əmin olun ki, etdim. Amma məşhur olmaq çox qorxunc idi" cavabını veriridim.
"Titanik"də çəkildiyinə görə tənqidlərə məruz qalan Keyt medianın ona qarşı zorakılığı ilə üz-üzə qaldığını deyib:
"Həmin dövrdə jurnaslistlərin zorakılığına məruz qaldım. Bunun tez zamanda keçəcəyini və unudacağımı zənn etdim. Müəyyən müddətdən sonra buna öyrəşdim. Əgər məşhur olmaq belı olurmuşa, demək ki, mən buna hazır deyilmişəm.
Xatırladaq ki, 11 kateqoriyada Oskar qazanan aktrisa 1997-ci ildə çəkildiyi "Titanik"in baş rolunu həmkarı Leonardo Di Kaprio ilə bölüşüb.