Rüstəm Bakoyanın ad günü tortu ölkədə qalmaqala səbəb oldu - FOTO

 Rüstəm Bakoyanın ad günü tortu ölkədə qalmaqala səbəb oldu - FOTO

Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” fraksiyasının yezidi (kürd) əsilli deputatı Rüstəm Bakoyanın ad günü üçün hazırlatdığı tort qalmaqala səbəb olub.

Yeniavaz-ın Ermənistan mətbuatına istinadən xəbər verir ki, Rüstəm Bakoyan sosial şəbəkə hesabında ad günü üçün hazırlatdığı tortun fotosunu paylaşıb.

Tortun üzərində yezidi icmasının bayrağı ilə Kolumbiya bayrağının maketi yerləşdirilib. 

Deputatın paylaşdığı foto sosial şəbəkələrdə və müxalifət mətbuatında tənqid olunub. Bildirilir ki, Ermənistan parlamentinin deputatı Ermənistan bayrağı ilə Kolumbiya bayrağının fərqini bilmir. 

Məlumat üçün qeyd edək ki, Ermənistan və Kolumbiya bayraqlarındakı rənglər arasında bənzərliklər var. Ermənistan bayrağı qırmızı, mavi və açıq narıncı, Kolumbiya bayrağı isə sarı, mavi və qırmızı rənglərdən ibarətdir. Ermənistan bayrağında qırmızı rəng yuxarıda, mavi rəng ortada, narıncı rəng isə aşağıda yer alır. Kolumbiya bayrağında isə sarı rəng yuxarında, mavi rəng ortada qırmızı rəng isə aşağıda olur. Sarı və açıq narıncı rənglər bir-birinə çox yaxın rənglər olduğu üçün əksər hallarda Ermənistan bayrağı tərs asıldığı zaman Kolumbiya bayrağına bənzəyir.



Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycanda da bənzər hadisə qeydə alınıb. Daşkəsən rayonunda keçirilən tədbirlərin birində rayon icra hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağının əks olunduğu şifer parçasına yumuruqla zərbə endirib və bu uzun müddət sosial şəbəkələrdə geniş müzakirə edilib. 

17:30 - 8 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin