Dünyanın ən zəngin 2 uşağı - FOTO

 Dünyanın ən zəngin 2 uşağı - FOTO

Bir çox insan sərvət və şöhrət arzusundadır. Amma bəzilərinin bəxti gətirib ki, böyük bir sərvətlə doğulub. Bu, şou-biznesin ən zəngin və məşhur ulduzlarının övladlarında da belədir.

Asayis.az xarici mətbuata istinadən xəbər verir ki, Kim Kardaşyanın və reper Kanye Vestin qızı North Vest, dünyanın ən zəngin uşaqlarından biri hesab olunur.

Onun sərvəti 375 milyon dollar qiymətləndirilir. Bu milyonlar 14-dən çox mülk, yaxta və bitkoinləri özündə birləşdirən etimad fonduna yerləşdirilir.

Daha bir gənc milyonçu müğənni Beyons və reper Cey-Zinin qızı Blu Ayvidir. Onun sərvəti 850 milyon dollardır. Pul ailənin 67 mülkü və şəxsi təyyarəsi olan xüsusi investisiya və etibar fondlarında saxlanılır.

09:28 - 8 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin