Günay 10 il əvvələ qayıtdı - Video

 Günay 10 il əvvələ qayıtdı - Video

Müğənni Günay İbrahimli məşhur "Dəlisiyəm gecənin" mahnısını yeni versiyada təqdim edib. 

Asayis.az xəbər verir ki, sənətçi bəstənin akustik versiyası üçün video çarx da çəkdirib.

Sözləri Nado, musiqisi Pərviz Mahmudova məxsus olan mahnı Günayın yutun kanalında yerləşdirilib. 

Qeyd edək ki, sözügedən mahnını ifaçı 2014-cü ildə təqdim edib. Həmin vaxt ekran işində çimərlik geyimində kamera qarşısına keçən ifaçı səs-küyə səbəb olmuşdu. 

13:15 - 8 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin