“Sevginin dəlisini yaşadım, amma…”

 “Sevginin dəlisini yaşadım, amma…”

Nə səhv etmişəmsə əcəb etmişəm. Səhv edirəmsə, demək işləyirəm. Allah o gündən saxlasın ki, mən səhv etməyim. Onda ölü kimi bir şeyəm”.

Asayis..az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Özəl” proqramında deyib. Sənətçi həyatdakı səhvlərindən danışıb:

“Səhv edən insanlar çalışanlar, risk edən, addım atanlardır”.

Şəxsi həyatı ilə bağlı suallara Ayan belə cavab verib:

“Nazımı çəkən gələcək də, necə lazımdır addım atacaq da. Özüm öz nazımı da, dərdimi də, ağrımı da çəkirəm. Sonra da çıxıb deyirəm ki, sən çox qəşəng, ağıllı qızsan. 

Ürəyim hər zaman doludur. Sevgiylə doludur, bu da qarşılıqlıdır. Çünki qızım Selena anasını çox sevir. Şəxsi planda da sevirəm. Amma bir şeyi anladım ki, sevəndə çalış əlçatan olma. Sənə əli çatdısa, bitdi. Sevginin dəlisini də, ağıllısını da yaşamışam. Yalandan deməyim bir dəfə sevmişəm, yox. Son sevgimdə anladım ki, məsafə daha gözəldi. Çərçivələri də qırdım, çərçivəyə də saldım. Amma belə daha yaxşıdır. Təcrübəsiz qadın deyiləm. Deyim ki, çox ağıllıyam yox, amma ağılsız qadın da deyiləm. 

Deyirlər, Allah sizi sevdiyinizlə sınağa çəkməsin. Doğrudan da elədir. Elə sevdikləriniz sizə ən çox zərər verir”.

14:45 - 8 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin