"Mənim heç kimlə bir problemim yoxdur. Nə geyimi, nə yaradıcılığı ilə bağlı. Hər kəsin özəl həyatı, şəxsi işi var. Geyimindən tutmuş ifa etdiyi mahnılara qədər. Nəyimə lazımdır, anam, bacım, qızım deyil. Mənə ümumiyyətlə maraqlı deyil, amma mən həmişə maraqlı olmuşam".
Asayis.az xəbər verir ki, bu sözlər Elnarə Xəlilova “Sözbaz” verilişinə müsahibəsində deyib. Sənətçi həmkarı Səidə Sultanın "Tarixin bir günü" verilişində onun barəsində "Zövqsüzdür" ifadəsini işlətməsinə belə münasibət bildirib:
"Yadıma gəlmir ki, mən kiməsə qarşı elə savadsız, cahilcəsinə ifadə işlədim ki, “Filankəsin zövqü yoxdur”. O nə deməkdir? Çox savadsız və məntiqsiz bir cümlədir. Onun zövqü odur, sənin də zövqün budur. Əgər sənin zövqün onun zövqü ilə üst-üstə düşmürsə, bu o demək deyil ki, sənin var, onun isə yoxdur. Belə deyil. Ondan da soruşsan, deyəcək ki, sənin də geyindiyin mənim xoşuma gəlmir".
Qeyd edək ki, Səidə Sultan verilişdə Elnarə Xəlilova ilə küsülü olmasının əsl səbəbini belə izah edərkən "5 il əvvəl zövqlə bağlı mənə sual veriləndə demişəm ki, Elnarənin zövqü yoxdur. O vaxt elə demişdim. Əslində indi də yoxdur. Olanı demişəm. Həmin vaxtdan mənimlə düşmən düşüb" sözlərini işlətmişdi.