Fevralın ilk günlərində məşhur ABŞ-li porno aktrisa Uitni Raytın (Whitney Wright) İran İslam Respublikasına səfər etməsi barədə xəbər və görüntülər sosial şəbəkələrdə bomba kimi partlayıb.
“Azad İran” “YouTube” kanalı bu barədə süjet hazırlayıb.
Bildirilib ki, aktrisanın Tehran səfərini əks etdirən şəkilləri özünün “Instagram” hesabında paylaşması iranlı istifadəçilərin ən müxtəlif reaksiyalarına və qızğın müzakirələrinə yol açıb.
Amma mövzu təkcə sosial şəbəkələrlə məhdudlaşmayıb. “Associated Press”, BBC, “Əl-Cəzirə”, “France-Press”, “Washington Post” kimi beynəlxalq media nəhəngləri bununla bağlı xəbər və şərhlər dərc ediblər.
İran mətbuatı da mövzudan kənarda qalmayıb. Ölkənin bir çox informasiya agentlikləri və xəbər portalları bu məsələ ilə bağlı yazılar veriblər.
Qeyd edək ki, 100-dən çox filmə çəkilmiş və öz sahəsində bir sıra mükafatlar almış 32 yaşlı Uitni Rayt həm də dünyanın müxtəlif yerlərinə səyahətlərini əks etdirən foto və video materialları sosial mediada davamlı paylaşması ilə tanınır.
Ətraflı süjetdə:
VİDEO