Çiyələk yeməyin vacib səbəbləri - FOTO

 Çiyələk yeməyin vacib səbəbləri - FOTO

Çiyələk yeməyin vacib səbəbləri - FOTO

04

fev

2024

16:15

Çiyələk yeməyin vacib səbəbləri - FOTO

 105

AA

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
 

May ayından bəri görkəmi ilə piştaxtaları bəzəyən və qoxusu ilə hər yaşdan bir çox insanın yeməkdən çəkinə bilmədiyi çiyələyin bir çox faydaları var. Yaz və yayın ən məşhur meyvələrindən olan çiyələk tək dadı ilə deyil, sağlamlığımıza olan təsirləri ilə də seçilir. C vitamini baxımından ən zəngin meyvələr arasında olduğu üçün gündəlik bir porsiya çiyələk istehlak edərək C vitamini ehtiyacınızı qarşılaya bilərsiniz. Çiyələk həm də tərkibindəki A vitaminindən kaliuma, kalsiumdan maqneziuma qədər bir çox komponentlə şəfa mənbəyidir.

Asayis.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu meyvə antioksidantla zəngindir.

Çiyələk C vitamini ilə zəngin meyvədir. Bu meyvədən mürəbbə hazırlamaq və desertlərdə də istifadə edilir.

Giləmeyvə tərkibindəki kalium yüksək qan təzyiqi olan insanlar üçün faydalı ola bilər. Ürək əzələsinin nizamlı işləməsində, qan təzyiqinin tarazlaşdırılmasında və ürək-damar sistemindəki yükün azaldılmasında əhəmiyyətli faydalar təmin edir.

Çiyələk antioksidan dəyəri ən yüksək olan meyvələr arasındadır. Hava çirkliliyi və gün ərzində məruz qaldığımız bəzi kimyəvi maddələr kimi ətraf mühit faktorları səbəbindən bədənə qəbul edilən bəzi maddələr zəhərli təsir göstərərək xəstəliklərə səbəb olan sərbəst radikalların əmələ gəlməsinə səbəb ola bilir. Antioksidantlar sərbəst radikallara qarşı qorunma təmin edərək xəstəliklərin əmələ gəlməsinin qarşısını ala bilər. Gündəlik nizamlı bir porsiya çiyələk istehlak edərək antioksidan qəbulunuzu dəstəkləyə bilərsiniz. Bununla belə, araşdırmalar çiyələyin zəngin antioksidant tərkibi sayəsində bəzi xərçəng növlərinə qarşı qoruma təmin etdiyini göstərsə də, daha çox araşdırmalara ehtiyac var.

91 faiz sudan ibarət olan bir porsiya (100 q) çiyələkdə 32 kalori və 2 q lif var.

Ürək sağlamlığı və qan şəkərinə nəzarət üçün də çox əhəmiyyətli olan bu yay meyvəsinin fol turşusu (vitamin B9) və kalium baxımından zəngin olması ilə yanaşı, orqanizmə bir çox faydası var.

Çiyələyin faydalarını aşağıdakı kimi sıralamaq olar:

Aşağı Karbohidratlar ehtiva edir,

C vitamini ilə zəngindir,

Tərkibində 25-dən çox antioksidant var, 

Xolesterolun düşmənidir.

Araşdırmalara görə, çiyələk ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Orta yaşlı insanlarda bu giləmeyvə xolesterinin səviyyəsini aşağı salmaqla qan təzyiqini və qan trombositlərinin funksiyasını yaxşılaşdıra bilər. O, həmçinin qanda antioksidant səviyyələrini artırmağa, stress və iltihabı azaltmağa kömək edir. Çiyələk, tərkibindəki antioksidanlar sayəsində ürək-damar sağlamlığı və xərçəngdən qorunmada birinci gələn meyvədir.

Tərkibində müxtəlif vitamin və minerallar olan çiyələk C vitamini, manqan, folat (vitamin B9) və kaliumla zəngindir. C vitamini sayəsində immunitet sistemini və dəri sağlamlığını qoruyur. Xüsusilə hamiləlik və daha yaşlı yaşlarda orqanizm üçün çox vacib bir vitamin olan B9 vitamini ilə böyümə və hüceyrə funksiyalarını dəstəkləyir. Bunlardan başqa tərkibində dəmir, mis, maqnezium, fosfor, B6, K və E vitaminləri var.

Çiyələk immunitet sistemini gücləndirir və infeksiyalarla mübarizə aparır.

Zəngin lif tərkibi sayəsində çiyələk toxluq müddətini uzatmaqla çəki nəzarətinə kömək edir. Eyni zamanda, çiyələyin aşağı glisemik indeksi, yəni qan şəkərini yüksəltmə sürətinin aşağı olması da qan şəkərinin tənzimlənməsi üçün vacibdir. Araşdırmalar göstərir ki, aşağı glisemik indeksli diyetlər diabetin müalicəsində, çəki nəzarətində və piylənmədə müsbət təsir göstərir. Pəhriz zamanı çiyələyin aşağı kalorisi və yüksək su miqdarından faydalana, qəlyanaltılarınızda iki bütöv qoz ilə çiyələk istehlak edərək toxluğunuzu artıra bilərsiniz.

Çiyələk tərkibindəki C vitamini və antioksidanlar sayəsində dəri sağlamlığını da dəstəkləyir. Dərinin daha hamar və canlı görünməsinə kömək edir. Tərkibindəki yüksək C vitamini və bu vitaminin antiinflamatuar təsiri ilə çiyələk sızanaqla bağlı iltihabın azaldılmasında da rol oynaya bilər.

Çiyələk ümumiyyətlə orqanizm tərəfindən yaxşı tolere edilsə də, xüsusilə uşaqlarda bəzən allergiyaya səbəb ola bilər. Çiyələklər ağcaqayın poleninə və ya almaya həssas olan insanlarda yan təsirlərə səbəb ola biləcək polen ehtiva edir ki, bu da polenlə əlaqəli qida allergiyası olaraq bilinir. Əgər çiyələk yedikdən sonra ağızda qaşınma və ya baş ağrısı, dodaqlarda, üzdə, dildə və ya boğazda şişkinlik, tənəffüs problemi hiss edilirsə, həkimə müraciət etmək lazımdır.

10:15 - 5 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin