İlin mövsümləri kimi hər bir insan fərqlidir. Hər bir insanın özünəməxsus xarakteri var. Mövsümlərin sadəcə havanı deyil, həm də insanların şəxsiyyət və ruh halını formalaşdırdığı təxmin edilir. Hər mövsüm sizin ruhunuz aid nələrisə söyləyir. Mövsümlər təbiətdə mühüm rol oynadığına görə insanları yaşayış tərzinə də təsir edir.
Asayis.az xarici KİV-ə istinadən xəbər, doğuldunuz mövsümə görə necə biri olduğunuz haqqında məlumatları təqdim edir:
Yazda doğulanlar
Siz başqalarına kömək etməyi sevirsiniz. İnsanları çətin vəziyyətdən xilas edən biri kimi tanınırsınız. Vaxtınızı dünyanı daha yaxşı hala gətirmək üçün sərf edirsiniz. Çox yaxşı ürəyə sahibsiniz. Təvazökarsınız, asan dost olmaq kimi yaxşı xüsusiyyətiniz var.
Yayda doğulanlar
Siz azad biri kimi tanınırsınız. Hər hansı bir problemi həll etmək sizin üçün çox asandır. Dürüstsünüz və sevdiklərinizə əsla yalan danışmazsınız. Getdiyniz hər yerə müsbət enerji saçırsınız. Lazım olmayan nəyinsə sizin əhvalınızı korlamasına icazə vermirsiniz. İnsnlar sizinlə vaxt keçirməyi xoşlayır. Çünki siz çox yaxşı dostsunuz.
Payızda doğulanlar
Hər hansı bir qərarı verməzdən əvvəl çoz plan qurursunuz. Sevdiklərinizlə mənalı dialoqlar qurmağı çox xoşlayırsınız. Yaxşı xəbər də olsa, pis xəbər də olsa bunu yaxınlarınızla paylaşmaq istəyirsiniz. Hər yalanı çox tez bilirsiniz. Həyata aid təcrübəniz çox olduğundan çox yaxşı da məsləhətlər veririsiniz.
Qışda doğulanlar
Kiməsə yaxşılıq etməyi rədd etmək sizin üçün çox çətindir. Hər kəsin maraq dairəsində olmağı sevmirsiniz. Əgər kimsə sizin qəlbinizə girsə getməyinə icazə vermirsiniz. Xarakterinizə görə bir çox adam sizi çox sevir. Sizi ən yaxşı dost kimi görür. Siz həm də çox yaxşı ev sahibsiniz. İnsanlar evinizə gəlməyi sizinlə əylənməyi sevir.