Qışda istirahət etmək üçün nə qədər pul lazımdır? - VİDEO

 Qışda istirahət etmək üçün nə qədər pul lazımdır? - VİDEO


 

Yayda olduğu kimi qış aylarında da istirahət edənlərin sayı az deyil. Lakin qiymətlər heç də hər bir adamın büdcəsinə uyğun olaraq ucuz deyil. Bəs görəsən qışda istirahət neçəyə başa gəlir?

Asayis.az xəbər verir ki, turizm eksperti Rəhman Quliyev "Xəbərin olsun" verilişinə açıqlamasında 5 ulduzlu otellərdə bir nəfərin istirahəti üçün qiymətlərin 100-200 AZN aralığında dəyişdiyini qeyd edib:

"Qax-Şəki-Zaqatala bölgəsindən bir nəfərin istirahəti üçün 5 ulduzlu otellər 100-150 AZN-dən başlayır. Bura bir gecəlik səhər yeməyi daxildir. Qəbələ-Şamaxı-İsmayıllı bölgəsində bir nəfərin istirahəti üçün 5 ulduzlu otellər 150-200 AZN aralığında dəyişir. Bura da bir gecəlik səhər yeməyi daxildir. Quba-Qusar bölgəsində qiymətlər nisbətən bahadır".

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"nın sədri Müzəffər Ağakərimov isə bildirib ki, ölkəmizdə dağ-xizək komplekslərinin yaradılması turizmin inkişafına ciddi təkan verə bilər. Qış turizmini işğaldan azad edilmiş ərazilər olan Qubadlıda, Laçında, Kəlbəcərdə də inkişaf etdirmək olar.

 

Ətraflı videoda:

 

14:30 - 1 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin