Builki "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edən İsveçdə 1000-dən çox musiqiçidən ibarət qrup İsrailin Qəzzada HƏMAS-a qarşı apardığı müharibəyə görə qarşıdan gələn müsabiqəyə qadağa qoyulmasını tələb edən petisiya imzalayıb.
Asayis.az xarici mətbuata istinadən xəbər verir ki, müğənnilər Ukraynanı işğal edən Rusiyaya qadağa qoyulduğu halda, Avropa Yayım Birliyini İsrailin müsabiqədə iştirakına ikili standart kimi qiymətləndiriblər.
Avropa Yayım Birliyi dəfələrlə bu cür çağırışları rədd edib və İsrailin bu may ayında Malmödə keçiriləcək müsabiqədə iştirakına icazə veriləcəyini bildirib. İsrail gələn həftə Eurovision 2024 təmsilçisini seçəcək və mahnısını martda açıqlayacaq.
Qeyd edək ki, isveçli iştirakçı Loreen keçən ilki müsabiqədə qalib gəldikdən sonra İsveç yarışa ev sahibliyi etmək hüququ qazanıb.