Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışında 70-80-ci illərdə Hollivud kinosuna əvəzsiz töhfələr vermiş, “Rokki” və “Rembo” filmləri ilə bir çoxlarının kumirinə çevrilmiş aktyor Silvester Stallonedən bəhs olunub.
O, 1946-cı il iyulun 6-da anadan olub. Doğuş zamanı anası Jaklin fəsadlar yaşadığından Silvesterin üzünün sol yarısı ömürlük iflic qalıb.
Silvester təhsil aldığı illərdə özündə aktyorluq istedadını kəşf edir. Kolleci bitirəndə isə aktyor olmaq qərarına gəlir.
O, öz ssenarisini bir kinostudiyaya satmağa çalışır, ona 350 min dollar təklif edirlər. Uzun danışıqlardan sonra prodüserlər Stallonenin özünün “Rokki” olacağına razılaşırlar. Bunun üçün aktyor filmin büdcəsinin azalmasına da razı olur.
Çəkiliş çətin keçirdi. Çünki aktyor peşəkar boksçuya çevrilməli idi. Buzlu əti döyəcləyir, hər gün 10 kilometr qaçır, zərbə almağı öyrənirdi. Hətta o, siqaretlə əbədi vidalaşmalı olur. Çünki nəfəs darlığı səbəbindən rinqdə beş dəqiqə belə dayana bilmirdi.
Cəmi dörd həftə ərzində çəkilən filmin uğuru heyrətamiz idi. Film 10 nominasiya üzrə “Oskar” mükafatına namizəd olur. Ən yaxşı film mükafatı da daxil olmaqla 3 “Oskar” qazanır.
Stallone 50 yaşını qeyd edəndə həftəlik “Star” nəşrinin jurnalistləri ona çox fərqli bir hədiyyə - aktyorun bu günə qədər görüşdüyü bütün qadınların şəklinin yer aldığı albom veriblər. Onların sayı 590-dan az deyildi.
Ətraflı Baku TV-nin süjetində:
VİDEO