Türkiyədə qadın əri yuyunmadığına və dişlərini nadir hallarda fırçaladığına görə ondan boşanıb.
Qeyd olunur ki, Ali Məhkəmə kişini keçmiş arvadına 500 min lirə məbləğində maddi təzminat ödəməyə məcbur edib.
Qadının sözlərinə görə, keçmiş əri şəxsi gigiyena qaydalarına əməl etmir: “O, həftədə bir-iki dəfə dişlərini fırçalayır, həftələrlə paltarını dəyişmirdi”. Bu cür natəmizlik qadını qəzəbləndirib və o, “pintinin” yanında yaşaya bilməyəcəyini anlayaraq, boşanmaq üçün məhkəməyə müraciət edib.
Məhkəmədə şahidlər iddiaçının ifadəsini təsdiqləyən ailə dostları və ərindən gələn qoxudan şikayət edən iş yoldaşları olub. Sonda məhkəmə cavabdehi təqsirli bilib və ona külli miqdarda cərimə kəsib.
Mənbə: sabah.com