Ötən gün Parisdə Moda Həftəsi keçirilib.
Asayis.az xarici KİV-ə istinadən xəbər verir ki, dəfilədə "Maison Schiaparelli" bendinə aid " 2024 Couture" geyimlər kolleksiyası nümayiş olunub.Moda Həftəsi bir çox maraqlı anlarla yadda qalaraq dünya mətbuatında gündəm olub.
Belə ki, məşhur müğənni Cennifer Lopez gecəyə qızılı çərçivəli qəribə eynəyi ilə qatılıb.Modellərdən biri podiuma robot ayı ilə çıxıb.
Markanın yaradıcı direktoru Deniel Rozberri bu robot uşağın "Alien" filmindəki "Ripely" obrazına əsasən hazırlandığını bildirib.
Aktrisa Zendaya dəfiləyə saç hörükləri detalları ilə hazırlanan libasla qatılıb.
İtaliyalı dizayner Elsa Schiaparelli tərəfindən 1920-ci illərdə yaradılan marka qəribə dizaynları ilə hər zaman marağa səbəb olaraq müzakirələr yaradıb.