Ayselin Maldivdə yaşadıqları: "Hisslərimi gizlədə bilmirəm"

 Ayselin Maldivdə yaşadıqları:

Müğənni Aysel Əlizadə aparıcı Arzu Həmzəyeva ilə Maldiv istirahətindən paylaşımlar etməyə davam edir.

Asayis.az xəbər verir ki, sənətçi bu dəfə bir cütlük üçün hazırlanan şam yeməyinin görüntüsünü paylaşıb. Aysel Maldivdə hər yanda ancaq cütlüklər, evlilərin olmasından danışıb:

"Neçə gündür Maldivdəyik, bura gəlməyi özüm qərar verdim. Psixoloji olaraq özümü hazırlamışdım. Gəldiyimiz hoteldə evlilər, sevgililər və yaşlı cütlüklərdir. Biz burada subay və cütlüksüz olan yeganə adamlarıq. Psixoloji durumu atlatmağa çalışıram. Amma bu gün gördüyüm bu nəyin acığıdır? Niyə? Bu haqsızlıq deyilmi? Hisslərimi gizlədə bilmirəm, paxıllıq edirəm, nə yalan deyim. Xoşbəxt olsunlar, amma... Bu arada yaşlı nənə və baba üçün hazırlanıbmış. Görəndə haradasa təskinlik tapdım, ürəyim rahatladı".

12:15 - 23 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin