Vəfa: "Depressiyaya salanlardanam" - VİDEO

 Vəfa:

Müğənni Vəfa Şərifova növbəti açıqlaması ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "İncə səhər" verilişində onunla ədavət aparan həmkarlarına ikibaşlı ismarış ünvanlayıb.

"Gör onlar nələr ediblər ki, "vəfasız" qalıblar. Qoy elə "vəfasız" qalsınlar. Mənim üçün hər şey yaxşıdır. Mən depressiyaya düşənlərdən deyiləm. Mən depressiyaya salanlardanam. Depressiyaya düşmək mənlik deyil. Məndə hər şey yaxşıdır", - deyə Vəfa vurğulayıb.
Xatırladaq ki, Vəfa Şərifova verilişlərin birində həyat yoldaşının onunla barışıq jesti olaraq "Ağ şəhərdə" və Dubayda ev hədiyyə etdiyini açıqlamışdı.

Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.

 

 

10:00 - 22 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin