“Bakı Metropoliteni” sədrinin yeni imici - FOTO

 “Bakı Metropoliteni” sədrinin yeni imici - FOTO

"Bakı Metropoliteni” QSC-nin sədrinin yeni imici sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Demokrat.az
-ın məlumatına görə, QSC sədri Zaur Hüseynov bığ və saqqal saxlamağa başlayıb. 

Zaur Hüseynov bu gün yeni imicdə mediaya görüntülənib.

Qeyd edək ki, Z.Hüseynov 2014-cü ildən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır. 

Xatıradaq ki, AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun da bığı sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu. Füzuli aeroportunun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı Əsgərovun bığının olmamasına işarə etmişdi. C.Əsgərov isə “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi.


 

15:00 - 21 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin