"Dövlət Yol Polisindən xahiş edirəm ki, avtomobilimi cinlərin əlindən alaraq mənə geri qaytarsın".
Bakupost.az xəbər verir ki, belə bir qeyri-adi təkliflə psixoloq Nizami Orucov hüquq-mühafizə orqanlarına müraciət edib.
O, yaydığı videomüraciətdə bildirb ki, avtomobili 3 il 5 aydır Cavadxan küçəsi, 15 ünvanından tərpədilməyib:
"Amma gəlin, mənə gələn cərimələrə baxaq. Mən 3 il 5 aydır avtomobili sürmürəm. Necə olur ki, avtomobilim yerində qala-qala, mənə 5 cərimə gəlib? Cərimələrin 3-4-də həmin ünvan, 1-də isə Bakıda ümumiyyətlə, tanımadığım bir ərazi göstərilib. Bu necə olur?"
Daha sonra N.Orucov sms-radarın qeydə aldığı cərimələri təqdim edib. Cərimələrədən biri (50 manat məbləğində) Balaxanı yaşayış sahəsi, 100 ünvanında qeydə alınıb. Avtomobilin sahibi qeyd edib ki, ümumiyyətlə, həmin ünvanda olmayıb.
N.Orucov avtomobili yerindən tərpənməsə də, ona ümumilikdə 290 manat cərimə təyin edildiyini bildirib. Ətraflı videoda: