Sibel Can Bakıya gəldi - FOTO

 Sibel Can Bakıya gəldi - FOTO

Məşhur türk sənətçi Sibel Can Bakıya gəlib.

OLAY-ın əldə etdiyi məlumata görə, o, paytaxtımızda iki gün vaxt keçirəcək.

Müğənninin Azərbaycana gəlmə səbəbi isə iş xanımı Ruhiyyə Əliyevadır. Can “Liatris Holdinq”in rəhbərinin xüsusi qonağıdır.

Qeyd edək ki, məşhurların münasibəti uzun zaman öncəyə dayanır. Onlar illərdir rəfiqəlik edirlər, mütəmadi görüşürlər.

 

15:30 - 19 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin