Röya Ayxan keçmiş əri ilə barışıb? - VİDEO

 Röya Ayxan keçmiş əri ilə barışıb? - VİDEO

Xalq artisti Röya Ayxan şəxsi həyatı ilə diqqət çəkib.

Asayis.az xəbər verir ki, o şəxsi instaqram hesabında keçmiş həyat yoldaşı Anar Cəlilovla görüntülərini paylaşıb.

Röya əri ilə olan videosuna “köhnə xatirələr” sözlərini əlavə edib. İfaçının bu paylaşımı onun keçmiş əri ilə barışdığı iddialarını orataya atıb. 

Qeyd edək ki, A.Cəlilov "Çudo peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğludur.

Anar Röya ilə 2008-ci ildə ailə qurub, 2014-ci ildə isə onlar boşanıblar. Cütlüyün Hüseyn adlı bir oğulları var.

 

VİDEO

15:45 - 18 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin