Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yeni komandası olan Türkiyənin “Kocaelispor” klubuna qoşulub.
Asayis.az-ın yerli mətbuata istinadən məlumatına görə, 28 yaşlı hücumçu TFF I Liqa təmsilçisinin bugünkü məşqinə qatılıb.
O, çempionatın növbəti turunda “Eyüpspor”la keçiriləcək görüşə Körfəz Brunqa bazasında hazırlaşan kollektivlə ilk məşqə çıxıb. Tailandın “Buriram Yunayted” klubundan transfer olunan forvardın müqavilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, XIX turun “Kocaelispor” – “Eyüpspor” oyunu yanvarın 20-də keçiriləcək. Kocaeli təmsilçisi hazırda 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşı