Məşhur müğənni Ajda Pekkan illər sonra etdiyi etirafı ilə gündəmə gəlib.
Asayis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Harper's Bazaar" jurnalının yanvar buraxılışına qonaq olan ifaçı karyerası və şəxsi həyatı ilə bağlı etiraflar edib.
Jurnala səmimi açıqlamalar verən Ajda 60 illik karyerasında ana olmaq həsrətilə yaşadığını bildirib:
"Bəlkə bir superstar olmazdım, amma uşaq sahibi olmağı çox istəyərdim. Daha gənc yaşda həyatda yaşadığım qaçhaqaç xaos və karyera stressi arasında bunu görmədim. Düşünə bilmədim. Ana olmaq içimdə qalan bir həsrətdir".
Ajda Pekkanın bu etirafı onu sevənləri duyğulandırıb.