Bu gün Binəqədi rayonu Abay Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı Baş prokurorun müavini Elmar Camalov hadisə yerinə gedib.
Asayis.az ” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları da hazırda hadisə yerindədirlər.
Qurumdan bildirilib ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.