"Qəbələ" yoxlama oyununda "Araz-Naxçıvan"ı məğlub edib

Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" və "Araz-Naxçıvan" klubları yoxlama oyununda üz-üzə gəliblər.

Asayis.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. 14-cü dəqiqədə Əyyub Allaş, 57-ci dəqiqədə Samuel Tette fərqlənib.

Qeyd edək ki, "Qəbələ" daha əvvəl "Kəpəz"ə, "Araz-Naxçıvan" isə "Zirə"yə 1:2 hesabı ilə uduzub.

17:00 - 15 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin