Bakıda partlayış olan mebel sexi ərazisinə axtarış itləri cəlb edilib Yenilənib

 Bakıda partlayış olan mebel sexi ərazisinə axtarış itləri cəlb edilib Yenilənib

Xəbər verildiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış baş verib.

Asayis.az  xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonunda sexdə baş vermiş partlayış-yanğınla bağlı əraziyə FHN-in Kinoloji xidmətinin 3 baş iti cəlb edilib.

Dağıntılar altında qalanların olması ehtimal olunur.

 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***13.39

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

***13.05

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***12:41

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

Asayis.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

*** 12:33

Mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə lkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Asayis.az-a FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.

BAKU.WS

VİDEO

VİDEO

VİDEO

   

QALEREYA

  •  
  • +2
  •  

055 225 10 01
Qaynar xətt

KOMMENTLƏR

Kirayə evlər“Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb - FOTO/VİDEO - YENİLƏNİB-7Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - FOTO/VİDEO - YENİLƏNİBXızıda dağlıq-meşəlik ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİBBaş prokuror əməliyyat müşavirəsi keçiribBakıda “kəfənli etiraz”la bağlı rəsmi açıqlama


 

Azərbaycanda koronavirusla bağlı xəbərlərKoronavirus Onlayn Statistika

15:15 - 15 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin