Mingəçevirdə avtomobil aşıb, xəsarət alanlar var

 Mingəçevirdə avtomobil aşıb, xəsarət alanlar var

Mingəçevirdə minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində ər və həyat yoldaşı xəsarət alıb.

Asayis.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, BMW markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan 1999-cu il təvəllüdlü R.Əsgərov və həyat yoldaşı 2000-ci il təvəllüdlü Ş.Əhmədova xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

13:30 - 15 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin