"Konsertə görə keçmiş həyat yoldaşımdan borc aldım"

Əməkdar artist Elza Seyidcahan keçmiş həyat yoldaşı ilə bağlı açıqlamasıyla gündəmə gəlib. 

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, pula ehtiyacı olanda, ayrıldığı həyat yoldaşından borc alır:

"Keçmiş həyat yoldaşım sağdır, Allah canını sağ eləsin. Bu yaxınlarda konsertim oldu, mənə pul lazım idi. Keçmiş həyat yoldaşım mənə min manat borc verdi. Sonra qaytardım. Ailəmiz anlaşılmamazlıqdan dağılmadı. O vaxtlar əlimə nə keçirdimsə, onunla yarı bölürdüm. Sevib ailə qurmadım. Amma biri şokolad verəndə saxlayırdım, axşam o evə qayıdanda onunla bölürdüm. Yoldaşımın ayağına xına da qoyurdum. İndiki qızlar ev, maşın, səyahət, alış-veriş istəyir".

15:30 - 14 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin